Bakıda məktəblilərin öldüyü dəhşətli hadisə ilə bağlı ŞOK FAKTLAR ÜZƏ ÇIXDI: sən demə, uşaqlar...

Baxış sayı:
6352

Dünən saat 10 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində 2 yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobillə Dəniz Kənarı küçəsində hərəkətdə olarkən vurub öldürdüyü 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlu Sarıqaya yaşayış massivindəki Şəfəq düşərgəsində yerləşən məcburi köçkün məktəbinin şagirdləri imiş.

Bildirilir ki, hər iki yeniyetmə məcburi köçkün ailəsinin övladıdır və Sarıqayadakı keçmiş sanatoriya binalarında məskunlaşıblar. Dünən dərsə getmək üçün evdən çıxan yeniyetmələr məktəbə getməyərək dərsdən yayınıb. Onlar dəniz sahili istiqamətindən qəsəbəyə tərəf yolu keçmək istəyərkən sürətlə hərəkət edən “İsuzu”nun altında qalıblar.

Qəza vaxtı sürücü Fəxrəddin Bəşirov əyləci sıxsa da, yük maşını asfaltın üzərində təxminən 20 metr xətt çəkərək dayana bilib.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Sürücü F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./publika.az

***

Bu gün Bakının Binqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

Baş Prokurorluq xəbər verir ki, saat 10 radələrində Sumqayıt şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurmuş, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadəsi alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.