Bakıda məktəbliləri vuran avtomobilin sürücüsü kimdir? - ADI AÇIQLANDI

Baxış sayı:
2014

Bakıda taksinin məktəbin qarşısında şagirdlərə necə çırpılmasını əks etdirən görüntülər yayılmışdı. İlkin araşdırmalardan sonra hadisənin Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən məktəbin qarşısında baş verdiyi dəqiqləşib. Belə ki, taksi sürücüsü kimi işləyən 84 yaşlı Qurban Əhmədov məktəbin önündə idarə etdiyi “VAZ 21074” markalı avtomobillə şagirdləri vurub və 12-13 yaşlı 2 qız həmin maşınla kənarda dayanmış “Mercedes”in arasında qalıb. Bildirilir ki, hadisədən sonra uşaqlar xəstəxanaya çatdırılıb və onlardan birinin bədənində sınıqlar aşkarlanıb. Hadisə ilə bağlı 19-cu Polis Şöbəsində araşdırma aparılır./Publika