Bakıda məktəbin qarşısında QANLI DAVA - Ağır vəziyyətdə xəstəxanaya çatdırıldı

Baxış sayı:
8638

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Ötən gecə saat 03:00 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən 61 saylı orta məktəbin qarşısında 1997-ci il təvəllüdlü Əhmədli Naməd Rabil oğlu bıçaqlanıb. Daxilə nüfuz edn 2 bıçaq xəsarəti alan 22 yaşlı oğlan 2 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onun kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.