Bakıda minik avtomobili qəzaya düşdü

Baxış sayı:
235

Bakıda minik avtomobili qəzaya uğrayıb.
Muxalifet.az
"Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə qeydə alınıb.
Mərkəz istiqamətində hərəkətdə olan "Chevrolet Niva" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil dəmir maneələrə çırpılıb. Qəza ilə əlaqədar yolda tıxac yaranıb.
Əraziyə yol polisi əməkdaşları cəlb edilib.