Bakıda “Metropark” bolaşdıldı – TERROR TƏHLÜKƏSİ - YENİLƏNİB

Bazar günü, iyunun 11-də Bakının Nərimanov rayonundakı “Metropark” ticarət mərkəzi polis əməkdaşları tərəfindən boşaldılıb və TM binası ətrafında hərəkət məhdudlaşdırılıb. Muxalifet.az xəbər verir ki, buna səbəb binaya qoyulmuş partlayıcı maddə barədə daxil olmuş anonim zəng olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng təxminən saat 18-də şəhər taksofonlarının birindən daxil olub.
Binada yoxlama tədbirləri keçirmiş mütəxəssislər şübhəli heç bir şey aşkar etməyiblər.
Hazırda “telefon terrorçusu”nun axtarışları aparılır.

*** 
16:18

“Metropark” boşaldıldı: Nə baş verir?

Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzi boşaldılıb.
 
Şahidlər tərəfindən “Qafqazinfo”ya verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb. Bununla yanaşı, “Metropark”ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıb.
Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır.