Bakıda metronun qarşısında sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR

Baxış sayı:
6769

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Nəsimi rayonu ərazisində - 28 May metrostansiyasının qarşısındakı meydanda marşrut xətti üzrə hərəkət edən və Masallı rayon sakini N.Həmidovun idarə etdiyi “Daewoo” markalı avtobus piyadanı vurub.
Avtobus dəmir yolu vağzalının qarşısından hərəkətə başlayarkən 1954-cü il təvəllüdlü Şəhla Hadıyeva nəqliyyat vasitəsinin altında qalıb. Ağır xəsarət alan qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır./Publika.az