​Bakıda metroda dava

Baxış sayı:
5113

Bakı Metropoliteninin "Gənclik" stansiyasında dava olub.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov trend -ə bildirib ki, hadisə metronun "Gənclik" stansiyasının platformasında, saat 18:30 radələrində baş verib:
"Stansiyada iki sərnişin arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Metropoliten işçiləri hadisəyə müdaxilə edib".
B.Məmmədov əlavə edib ki, hadisə ilə bağlı dava edən sərnişinlərlə söhbət aparılıb:
"Hadisə zamanı ictimai asayiş pozulmayıb, kriminogen durum yaşanmayıb. Sərnişinlər bir-biri ilə barışdırıcı mövqe tutduğu üçün polis tərəfləri barışdıraraq yola salıb".