​Bakıda maşın dərəyə düşdü — Sərnişin sıxışıb içində qaldı

Baxış sayı:
1477

Bakı şəhəri, Qaradağ rayonunda “NAZ” markalı minik avtomobili dərəyə düşüb.
Muxalifet.az FHN-nin saytına istinadən xəbər verir ki, bu barədə məlumat Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.