Bakıda maşın anidən yandı, bir ailə son anda xilas oldu - VİDEO

Baxış sayı:
6787

Bakının Qaradağ rayonu ərazisində hərəkətdə olan avtomobil yanıb. Muxalifet.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, Sədərək Ticarət Mərkəzindən Avtoğazala gedən istiqamətdə hərəkətdə olan "Mercedes Panorama" markalı avtomobil anidən tüstülənib. Sürücü maşını saxlayan kimi nəqliyyat vasitəsi alovlanmağa başlayıb. Avtomobildə olan bir ailə - ata, ana və iki azyaşlı - son anda özünü çölə ataraq xilas olublar. Xəsarət alan olmayıb. Avtomobil yanaraq istifadəyə yararsız vəziyyətə düşüb.