​Bakıda marşrutda dava - VİDEO

Baxış sayı:
7687

Avtobusda daha bir sərnişin əxlaq normalarını pozaraq digər sərnişinləri təhqir və təhdid edib.
Avtobusda bir nəfər oğlanla mübahisə edən qadın daha sonra nalayiq ifadələr işlətməyə başlayır.
Qadının nalayiq ifadələrinə etiraz edən sərnişinlər onun danışığına diqqət etməsini tələb edirlər. Ancaq bu anda qadın daha da aqqressivləşir və digər sərnişinlərlə də mübahisə etməyə başlayır.
Aqqressiv qadın digər qadın sərnişini bıçaqlamaqla hədələyir.
Mövzunun aktuallığını nəzərə alaraq ictimai nəqliyyatda nəzakət qaydalarının təbliği haqda Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Ancaq Agentlik məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.