Bakıda marşrut avtobusu qəzaya uğradı - FOTO

Baxış sayı:
5338

Bakı-Sumqayıt yolunda qəza baş verib. Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan “Toyota” markalı 50 DP 566 dövlət nömrə nişanlı avtomobillə 135 nömrəli müntəzəm xətt marşurutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, Bakı-Sumqayıt yolunda tıxac yaranıb.