​Bakıda marşrut avtobusu işıqforda 3 maşını vurdu - ÖLƏN VAR

Baxış sayı:
2890

Bakıda marşrut avtobusu qəza törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumatına görə, noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş avtobusun sürücüsü noyabrın 18-də orada ölüb.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.