​Bakıda mağazadan PULLA DOLU SEYF OĞURLANDI

Bakıda mağazadan içərisində külli miqdarda pul olan seyf oğurlanıb.
Muxalifət.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazaların birindən içərisində 3000 manat olan seyf və tütün məmulatı oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.