Bakıda mağazadan aldığı pomidorun içindən görün nə çıxdı- VİDEO

Baxış sayı:
11485

Paytaxın Binəqədi rayonu Xocasən qəsəbəsində mağazadan pomidor alan sakin qəribə vəziyyətlə üzləşib.

Məhsulu alan xanım iddia edir ki, pomidorun qabığı tez soyulsun deyə üzərinə isti su əlavə edib. Bundan sonra pomidorun qabığı çatlayıb və ağ jeleye bənzər məhlul axmağa başlayıb.

XəzərXəbərin votsap nömrəsinə göndərilən videoda bu açıq aydın görünür.

Məsələ ilə bağlı qida mühəndisi İsa Əliyev bildirib ki, pomidordan belə mayenin gəlməsi bir neçə səbəblə bağlı ola bilər.

Ekspertn tövsiyə edib ki, belə mənzərə ilə qarşılaşan vətəndaşlar dərhal qida təhkükəsizliyi agentliyinə məlumat verməlidir.Məhsulun tərkibi labaratoriyada yoxlanılmalıdır.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mansur Piriyev bildirib ki, əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa,bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat vermələri xahiş olunur. Bu zaman şikayət əsasında plandankənar yoxlama həyata keçirilir.