Bakıda “Lexus” belə təhlükə saçdı - VİDEO

Baxış sayı:
8053

Bakıda qaydaları kobud şəkildə pozaraq əks yola çıxan və təhlükəli vəziyyət yaradan sürücü kameraya düşüb. Unikal.org-un xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Görüntülərdən məlum olur ki, Azadlıq prospekti ilə hərəkət edən 10-YY-357 dövlət nömrə nişanlı, “Lexux” markalı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun əks istiqamətinə çıxıb. Eyni zamanda sürücü işıqforun qadağanedici nişanında gözləmək əvəzinə axının əksinə hərəkəti davam etdirib. O, yol kəsişməsində digər avtomobillər üçün təhlükə yaradıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən belə qayda pozuntusuna yol verən sürücülər 100 manat və 4 bal cərimə olunurlar. Həmin videonu təqdim edirik: