Bakıda kütləvi dava: 2 NƏFƏR BIÇAQLANDI

Hadisə zamanı 2 nəfər bışaqlanıb
 
Bakıda kütləvi dava olub.
Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar" stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. Q.Kamran xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçaraq ərazidən uzaqlaşıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.