Bakıda kütləvi dava - 1 nəfər öldürüldü, digəri isə...

Baxış sayı:
4809

Bakıda ölümlə nəticələnən döyülmə hadisəsi baş verib. Hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi "Zeytun bağları" adlanan ərazidə qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu qapalı kəllə-beyin travması, qardaşı oğlu, 1990-cı il təvəllüdlü Piriyev Filman Bəhruz oğlu isə bədənin müxtəlif dərəcəli travması diaqnozları ilə xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, B.Piriyev xəstəxanada dünyasını dəyişib. F.Piriyevin dediyinə görə, onlar tanımadıqları şəxslər tərəfindən döyülüblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.(Report)