Bakıda külək yaşayış binasının pəncərəsini qopardı - FOTO

Baxış sayı:
1242

Bakıda güclü külək bir sıra fəsadlar törədib.  

Unikal.org-un məlumatına görə, hazırda Bakının Nəriman Nərimanov rayonu İzzəddin Həsənoğlu 10  ünvanında külək binanın 10-cu mərtəbəsinin eyvanının pəncərəsini uçurub.

Qırılan pəncərə üçüncü mərtəbənin eyvanına düşüb.

 Nəticədə üçüncü mərtəbədəki məznilin də eyvanına ziyan dəyib. Həmçinin, qırıntılar həyətdə dayanan iki maşına da ciddi ziyan vurub.