Bakıda külək xəstəxananın dam örtüyünü uçurdu - FOTO
23-05-2020 23:03
Baxış sayı:
2297
Bakıda güclü külək nəticəsində Neftçilər xəstəxanasının cərrahiyə şöbəsinin dam örtüyünün bir hissəsi uçub.
Xəstəxanadan verilən məlumata görə, hazırda şöbədə heç bir xəstə yoxdur.
Hadisə xəstəxananın Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsidə yerləşən hissəsində baş verib.
Polis əməkdaşları tərəfindən təhlükəsizlik məqsədilə hadisənin baş verdiyi ərazidə piyada və avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən dam örtüyünün bərpası istiqamətində tədbirlər görülür./apa