​Bakıda külək ağacları aşırdı

Baxış sayı:
4723

Bakıda güclü külək fəsadlar törətməsə də, ağaclara ziyan vurub.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, külək nəticəsində iki ağac aşıb: "Bir ağac Nizami, digəri isə Yasamal rayonu ərazisində aşıb. Xoşbəxtlikdən ağaclar boş sahəyə aşıb və ətrafa ziyan vurmayıb. Hazırda əməkdaşlarımız hadisə yerindədirlər".
Xatırladaq ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında güclü külək başlayıb.