Bakıda küçədə yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT

Baxış sayı:
7726

Bakıda soyğunçuluq hadisəsi baş verib.
Muxalifet.az publika.az xəbər verir ki, paytaxt sakini, 1961-ci il təvəllüdlü Dursun İslamova 37-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, günorta saatlarında tanımadığı şəxsin hücumuna məruz qalıb.
Belə ki, qadını izləyə-a istinadənn naməlum şəxs Gəncə prospekti 30 ünvanının qarşısında ətrafda kimsənin olmamasından istifadə edərək ona hücum edib. Qadına qarşı zor tətbiq edən soyğunçu onun əlindəki çantanı alaraq uzaqlaşıb.
Çantada “Samsung” markalı telefon, 150 manat pul və iki bank kartı olub.
Bildirilir ki, hadisə qadın bankomatdan pul çıxarıb evə gedərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.