Bakıda kriminal avtoritet qətlə yetirildi – FOTO
3-07-2020 13:09
Baxış sayı:
8719
Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən şəxsin kriminal avtoritet olduğu məlum olub.
Məlumata görə, iyulun 2-də saat 23 radələrində Suraxanı rayonu ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
Qeyd edək ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir./apa