BAKIDA KOLLEC DİREKTORU TƏLƏBƏ QIZI TƏHQİR ETDİ - Nazirlikdə araşdırmalara başlanılıb / YENİLƏNDİ, VİDEO

Baxış sayı:
1203

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralova onlayn formada keçirilən imtahan zamanı tələbə qızı təhqir edib.

Bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.

Yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

Bununla bağlı nazirlikdən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, hazırda sözügedən məsələyə baxılır: “Daha sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, direktor bir neçə ay öncə bu vəzifəyə təyin olunub.

***

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəni təhqir etməsi iddiası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, artıq nazirlikdə bu istiqamətdə araşdırma işləri davam etdirilir.

Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim edib.