Bakıda kişi bacısının başını niyə kəsib? - QORXUNC HADİSƏNİN TƏFƏRRÜATI / YENİLƏNDİ

Baxış sayı:
5425

Ötən gecə Bakı şəhərinin Nəsimi rayonunda 57 yaşlı kişinin 53 yaşlı bacısını amansızlıqla qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Hadisəni törədən Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov Qarabağ müharibəsi veteranıdır və 1991-1994-cü illərdə aktiv öyüş əməliyyatlarında iştirak edib. Bacısı, 1963-cü il təvəllüdlü Tovus Cəfərovanın başını rezakla kəsərək öldürən S.Cəfərov hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Belə ki, 53 yaşlı qadın bir müddət əvvəl həyat yoldaşından boşanıb. O, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında kirayə ev tutub və ayrı yaşamağa başlayıb. Bacısının başqa şəxslə münasibətinin olmasından şübhələnən Sahib onu izləməyə başlayıb və dünən axşam saatlarında onun başını kəsmək məqsədilə iti kəsici alət olan rezak götürərək onu gözləyib. O, bacısını Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki beşmərtəbəli binanın həyətində yaxalayaraq hücum edib və kəsici aləti bir neçə dəfə boğazına çəkərək qadının başını kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

09:23

Bakıda qardaş bacısını qətlə yetirib.

Hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 12, mənzil 26-da qeydə alınıb.

Belə ki, Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü, Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgünclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilkə cinayət işi başlanılıb.