Bakıda kirayə evlərin qiyməti qalxdı

Baxış sayı:
13588

Yeni tədris ili ərəfəsində Bakıda kirayə mənzillərin qiyməti bahalaşıb.

Muxalifet.az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, avqust ayı ərzində Bakı şəhəri üzrə kirayə mənzillərin orta qiymətində 5.75 faiz artım var. Ekspert qiymət artımının yeni tədris ilinin başlaması ilə rayon və digər şəhərlərdən tələbələrin Bakıya axını ilə bağlı olduğunu istisna etməyib.