Bakıda “KAMAZ” "Chevrolet"lə toqquşdu - ölən var

Baxış sayı:
3850

Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ” markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşub.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.