Bakıda itkin düşən 11 yaşlı uşaq TAPILDI

Baxış sayı:
6205

Bakıda bir neçə gün öncə itkin düşən uşaq tapılıb.
Trend-in məlumatına görə, bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.
Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib.