​Bakıda işıqforun qırmızı işığında keçən taksi qəza törətdi, xəsarət alanlar var

Baxış sayı:
1825

Nəsimi rayonunda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.
Belə ki, Büllbül prospekti ilə hərəkətdə olan, taksi fəaliyyəti göstərən 90-XL-035 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman "Mercedes"in sürücüsü idarəetməni itirərək Füzuli küçəsində yolu işıqforun yaşıl işığında keçən "Vaz 2107"yə çırpılıb.
"Vaz 2107"nin içərisində olan ailənin üç üzvü yüngül bədən xəsarətləri alıb.
Hər üç şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.