Bakıda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək

Tezliklə İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib. O bildirib ki, görüş Bakıda baş tutacaq.
Səfir Azərbaycan Rusiya və İran prezidentlərinin görüşünün də bu il Tehranda keçiriləcəyini qeyd edib.