​Bakıda intihara cəhd – YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK XƏTTİNƏ ÇIXDI...

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) xəbər verir ki, bu barədə qurumun Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilmiş və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:56-da başa çatıb.