​Bakıda intihara cəhd - Özünü asan qızı anası qurtardı

Baxış sayı:
9508

Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, 4-cü mikrorayonda M.Cəlal Paşayev küçəsində yaşayan 1990-ci il təvəllüdlü Ə.Rüstəmova özünü yaşadığı evin yataq otağında asıb. Bundan xəbər tutan anası onu xilas edib.
Qız boğulmuş vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilib.
Fakt Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır.