​Bakıda internetdə problem olacaq - XƏBƏRDARLIQ

Baxış sayı:
268

Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.
Bu barədə Muxalifet.az-a “Bakı Telefon Rabitəsi” MMC-dən məlumat verilib. 
“Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.
Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.