Bakıda iki məktəbli itkin düşüb

Bakıda 11 yaşlı iki məktəbli itkin düşüb.
Bu barədə itkin düşən məktəblilərdən biri İsmayıl Şəfiyevin anası Viktoriya Şəfiyeva məlumat verib. Onun sözlərinə görə, oğlu İsmayıl və sinif yoldaşı Şamil Babayev ötən gün təhsil aldıqları 32 №-li məktəbdən çıxıb və evə qayıtmayıblar. Onların harada olmaları barədə heç bir məlumat yoxdur.
V. Şəfiyeva qeyd edib ki, uşaqların itkin düşməsi ilə bağlı Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat verilib.
Polisdən APA-ya bildirilib ki, hazırda adıçəkilən şəxslərin tapılması istiqamətində axtarışlar davam etdirilir.