​Bakıda iki avtomobil toqquşdu – “Jeep" işıq dirəyinə aşırdı və…

Bakının Babək prospektində yol qəzası baş verib.
Belə ki, "Jeep Grand Cherokee" markalı, 90-DL-068 dövlət nömrə nişanlı avtomobillə "Mitsubishi" markalı, 90-PC-446 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Zərbənin təsirindən "Jeep" yoldakı işıq dirəyinə dəyərək aşırıb, daha sonra isə yol kamerasının dirəyinə dəyərək dayanıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.