Bakıda içərisində külli miqdarda pul olan maşın QƏSDƏN YANDIRILDI - Səbəb

Baxış sayı:
4783

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən verilən məlumatda deyilir ki, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

RPŞ-də araşdırma aparılır.