​Bakıda hər gün 83 körpə doğulur

Baxış sayı:
3850

2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 30 373 nəfər, gündə təxminən 83 doğulmuş körpə qeydə alınıb.
Muxalifet.az-ın məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 13,5 təşkil edib. Doğulan körpələrin 346-ı əkiz, 4-ü üçəm olub.
Yeni doğulan körpələrin 52,5 faizi oğlan, 47,5 faizi isə qız uşaqlarından ibarət olub.
2017-ci ildə Bakı şəhərində 12 938 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,7 təşkil edib.