Bakıda Günay Zeynalovanı döyən boksçudan XƏBƏR VAR

Baxış sayı:
13645

Azərbaycannın boks üzrə qadınlardan ibarət milli komandasının üzvü Məryəm Cəbrayılovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Muxalifet.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin hakimi Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 5-nə təyin edilib. 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində tanına Günay Zeynalova daha əvvəl mətbuata açıqlamasında bildirib ki, avtomobillə Xaqani bağı istiqamətində hərəkət edərkən, əks yoldan daxil olan M.Cəbrayılovanın da içərisində olduğu avtomobil onun qarşısını kəsib və yolu bağlayıb. G.Zeynalova etirazını bildirdikdə isə avtomobildən düşən M.Cəbrayılova ona hücum edib. Pəncərədən əlini uzadıb, üzünə yumruq vurub. Hətta, yenicə əməliyyat olsa da, onun yarasının üstünə zərbələr endirib. 

M.Cəbrayılova açıqlamasında yaşananların G.Zeynalova tərəfindən şişirdildiyini və həmin qadına əl qaldırmadığını deyib.

Daha sonra G.Zeynalova hüquq-mühafizə orqanlarına müraciət edib. M.Cəbrayılova barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan) maddəsi ilə ittiham irəli sürülüb.