Bakıda GÜCLÜ YANĞIN: Ev tamamilə yandı - Xəsarət alan var

Baxış sayı:
5029

Bakı şəhərinin Xəzər rayonunda güclü yanğın olub.
Muxalifet.az xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.