Bakıda güclü yanğın başlayıb - QORXULU GÖRÜNTÜLƏR - VİDEO

Baxış sayı:
3319

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.

Muxalifet.az nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

****

Bu gün saat 11:50 radələrində Bakı şəhər Xətai rayonu Nobel prospektində - Xəzər Televiziyasının binasının yaxınlığındakı tikilidə yanğın başlayıb.

FHN-dən Muxalifet.az-a verilən məlumata görə,hadisə yerinə ilkin olaraq 4 yanğınsöndürmə briqadası göndərilib. Həmçinin çağırış əsasında yanğının söndürülməsi üçün digər rayonlardan kömək çağırılıb.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.