​Bakıda GÜCLÜ YANĞIN: azyaşlı diri-diri yandı, 1 nəfər...

Baxış sayı:
734

Bakı şəhəri, Binəqədi rayonunda birmərtəbəli tikilidə yanğın baş verib.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 117 m2 olan birmərtəbəli taxta tikili və içərisində olan əşyalar, həmçinin ümumi sahəsi 33 m2 olan bitişik tikili yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb. Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Əliyeva Ayan Lətif qızının yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.