​Bakıda gənc İTKİN DÜŞDÜ: Arvadı axtarır...

Baxış sayı:
5383

Bakı sakini naməlum şəraitdə itkin düşüb. Muxalifet.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalar aparılır.