Bakıda geyim mağazasında yanğın oldu

Paytaxtda geyim mağazasında yanğın olub.

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanıb. 
Muxalifet.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.