Bakıda gecə yaşlı kişini maşınla vurub öldürdülər - DƏHŞƏTLİ VİDEO

Baxış sayı:
4528

Bakının Xətai rayonu, Nobel prospektində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobil yoldan keçən yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Sürücü qəzadan sonra ordan qaçıb. Piyadanı avtomobillə vurduqdan sonra ərazidən yayınan sürücü saxlanılıb. Həmin şəxs polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək istintaqa cəlb olunub. Bildirilir ki, qəzada iştirak edən "VAZ 2107" markalı avtomobilin də yeri müəyyən edilib./Baku.ws