​Bakıda fəhlə yıxılaraq ÖLDÜ

Baxış sayı:
2476

Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib. Hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb. 1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin və Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. (report)