​Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq öldü

Baxış sayı:
7420

Bakıda tikintidə bədbəxt hadisə baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.