Bakıda FACİƏ: məktəbli qızın meyiti tapıldı

Baxış sayı:
3049

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Qabulova Çimnaz Elşən qızı hamam otağında olarkən dəm qazından zəhərlənib. 15 yaşlı qızın meyitini yaxınları aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən 15 yaşlı Çimnaz Qabulova orta məktəbin 9-cu sinif şagirdi olub. (lent.az)