Bakıda FACİƏ: 6 yaşlı uşaq kanalizasiya quyusuna düşərək boğuldu

Baxış sayı:
10171

Bakıda azyaşlı faciəli şəkildə ölüb. Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2013-cü il təvəllüdlü Ayxan Elmir oğlu Cavadlı çirkab suların axıdıldığı quyuya düşərək boğulub. Məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin və rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.