BAKIDA FACİƏ: 46 yaşlı qadının MEYİTİ TAPILDI

Baxış sayı:
5878

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Binəqədi rayon Prokurorluğundan Muxalifet.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi 1-ci mədən, 40-cı korpus ünvanında yaşayan 1973-cü il təvəllüdlü Mətanət Mikayılovanın hamam otağında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
M.Mikyılovanın ölüm səbəbini dəqiqləşdirmək məqsədi ilə ekspertiza təyin edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.