Bakıda evdən kişi meyiti tapılıb

Baxış sayı:
8083

Bakıda evdən kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Zabrat qəsəbə sakini, 1954-cü il təvəllüdlü Əliyoldaş Zeynalovun yaşadığı ünvanda meyiti tapılıb. Onun meyitini qonşuları aşkar edib.
Meyitin ilkin müayinəsi zamanı Zabrat sakininin təxminən 4-5 gün əvvəl öldüyü bildirilib.
Ə. Zeynalovun ölüm səbəbi araşdırılır.