​Bakıda evdən 20 minlik QIZIL VƏ PUL OĞURLANDI

Baxış sayı:
5584

Bakıda evdən 20 min manat dəyərində qızıl əşyalar oğurlanıb.
DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də rayon ərazisindəki evlərin birindən 2100 manat və 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İkram Hüseynov və Bəylər Şükürov saxlanılıb.